Mitteran öldü

Fransanın keçmiş mədəniyyət naziri Frederik Mitteran ağır xəstəlikdən sonra 77 yaşında vəfat edib. SİA xəbər verir ki, bu barədə “Agence France-Presse” onun ailə üzvlərinə istinadən məlumat yayıb. O, 1981-1995-ci illərdə Fransanı idarə edən Fransua Mitteranın qardaşı oğludur.

2009-2012-ci illərdə Frederik Mitteran Nikola Sarkozinin prezidentliyi dövründə mədəniyyət naziri vəzifəsində çalışıb. Sarkozi Mitteranın vəfatı ilə bağlı başsağlığı verib.

“Mədəniyyət naziri vəzifəsində o, fədakarlıqla və istedadla çalışıb”, - sabiq prezident “X” səhifəsində yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə