İndoneziya sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib

İndoneziya sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib

İndoneziya sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri təxminən 2 milyon 370 min əhalinin yaşadığı Surabaya şəhərindən 167 km şimal-qərbdə olub. Zəlzələ ocağı yerin 10 km dərinliyində olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə