Avstriya Rusiya aktivlərinin silah alınması üçün istifadəsinə qarşı çıxıb

Avstriya Rusiya aktivlərinin silah alınması üçün istifadəsinə qarşı çıxıb

Rusiya aktivlərindən əldə olunan gəlirlər Kiyevə silah almaq üçün deyil, döyüş əməliyyatları başa çatdıqdan sonra Ukraynanın bərpasına yönəldilməlidir. SİA TASS-a istinadla xəbər verir ki, bu sözləri Avstriya kansleri Karl Nehammer deyib.

“Biz - neytral ölkələr razılaşdığımız pulların silah və sursata xərclənməməsini təmin etməliyik. Əvvəlcə Ukraynanın yenidən qurulmasına sərmayə qoyuluşu ilə bağlı müzakirələr gedirdi, ona görə də mən hesab edirəm ki, bu, ağlabatan təklifdir”, - kansler bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə