Rusiya prezidenti Vladimir Putin ölkədə keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı ölkə sakinlərinə müraciət edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, video Kremlin Telegram kanalında yerləşdirilib.
Putin səsvermədə iştirak edən seçicilərə təşəkkür edib və hər bir səsin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
O qeyd edib ki, hər bir namizədin konkret problemlərin həllinə öz yanaşması var.
...Biz bütün konstruktiv təkliflərdən, seçicilərdə rezonans doğuran bütün ideyalardan ölkənin inkişafı naminə ümumi işimizdə mütləq istifadə edəcəyik.
Putin vurğulayıb bunu.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri üç gün ərzində, martın 15, 16 və 17-də keçirilib. Dövlət başçısı vəzifəsinə 4 namizəd müraciət edib: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
Mərkəzi Seçki Komissiyasının son məlumatlarına görə, məntəqə seçki komissiyalarının protokollarının 99,72 faizi işləndikdən sonra hazırkı dövlət başçısı 87,3 faiz, Xaritonov 4,3 faiz, Davankov 3,83 faiz, Slutski 3,21 faiz səs toplayıblar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB