...Rusiyalı diplomat Slveniyadan çıxarılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri STA agentliyi yayıb.
Ölkənin Xarici İşlər Nazirliyi hesab edir ki, səfirlik əməkdaşı “diplomatik status” çərçivəsində iş görmür.
Eyni zamanda, Xarici İşlər Nazirliyi diplomatın fəaliyyətinin təfərrüatlarını açıqlamır.
Səfirlik əməkdaşından martın 28-dək Sloveniyanı tərk etmək tələb olunur.
Rusiya Xarici İşlər Nazirliyi artıq Lyublyananın “dost olmayan” hərəkətlərinə cavab verəcəyini vəd edib.
Lakin idarə hansı tədbirlərin görüləcəyini açıqlamayıb. Bundan əvvəl Estoniya sanksiya tədbirləri çərçivəsində rusiyalı diplomatı ölkədən çıxarmışdı.
Belə ki, səfirlik işçisi ölkədə “arzuolunmaz” elan edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB