Belqorod vilayətindən olan uşaqlar Dağıstana gətirilir...

Onlar Ukraynadan atılan atəşə görə təxliyə olunurlar...
Belqorod vilayətindən olan uşaqlar Dağıstana gətirilir...

...Dağıstana Belqorod vilayətindən 500-dən çox uşaq, o cümlədən məktəbəqədər uşaqlar gətiriləcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu respublika rəhbəri Sergey Melikov bildirib.

...Ümumilikdə, Belqorod vilayətindən 9 minə yaxın uşaq təxliyə edilir.

Melikov özünün Telegram-kanalında bu uşaqların mənzillə, nəqliyyatla, yeməklə təmin edəcəyini, onların əyləncəsini təşkil emək üçün operativ qərargah yaradılacağını yazıb.

O qeyd edib ki, uşaqlara yardımların göstərilməsində yerli xeyriyyə fondları iştirak edəcək.

Xatırladaq ki, bundan əvvəl təxliyə edilmiş 1500-ə qədər uşağın Stavropol diyarında yerləşdiriləcəyi bildirilirdi. Uşaqların dəqiq harada və nə qədər yaşayacaqları məlum deyil, lakin rayon rəhbəri Vladimir Vladimirov bildirib ki, onlar üçün yemək veriləcək və təhsilləri davam edəcək.

...Xatırladaq ki, son bir həftədə Belqorod vilayətinin və vilayət mərkəzinin atəşə tutulması intensivləşib və Ukrayna tərəfində döyüşən müstəqil İçkeriya tərəfdarlarının bölmələri də daxil olmaqla, Rusiya sərhədini yarmaq cəhdləri də qeydə alınıb.

...Rəsmi məlumatlara görə, təkcə son bir həftə ərzində Belqorod vilayətində mərmilər nəticəsində 16 nəfər həlak olub, 98 nəfər yaralanıb. Martın 21-də Qrayvoronski şəhər dairəsinin hakimiyyəti sakinləri “düzgün qərar qəbul etməyə və müvəqqəti olaraq sərhədyanı əraziləri tərk etməyə” çağırıb. ...Martın 21-də səhər saatlarında Belqorodun atəşə tutulması nəticəsində bir neçə binaya, o cümlədən Beloqorye voleybol klubunun ev stadionu olan Belqorod Arenasına ziyan dəyib, lakin itki yoxdur. Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətinə 10 raket atıldığını iddia edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə