“Kapitan Lobanov” gəmisi Baltik dənizində Rusiya raketi ilə səhvən vurulub...
...Deməli, martın 19-da Rusiya raketinin “Kapitan Lobanov” balıqçı trouler gəmisinə düşməsi nəticəsində 3 ekipaj üzvü həlak olub, daha 4 nəfər yaralanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Dojd” telekanalı ekipaj üzvlərindən birinin qohumuna istinadən xəbər yayıb.
...Telekanalın mənbəsinin sözlərinə görə, trouler gəmisinə dəyən raket Rusiya Hərbi Dəniz Donanmasının Baltik Donanmasının təlimləri zamanı buraxılıb.
...Sağ qalanları götürəndə hamı yaxşı bilirdi ki, üç nəfər ölüb. Və hamı yaxşı bilirdi ki, gəmi raketlə vurulub. Amma onlara “yanğın” olduğunu yazmaq göstərişi veriblər.
Maraqlıdır, əgər kapitanın kabinəsi tamamilə yoxa çıxıbsa, burada hansı yanğından danışmaq olar?
Qeyd edək ki, bunu “Dojd”un həmsöhbəti sual kimi qoyub.
Mənbənin sözlərinə görə, sağ qalan ekipaj üzvləri Kalininqrad vilayətinin Pionerski şəhərindəki xəstəxanaya çatdırılıblar, xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
Kanalın həmsöhbəti qeyd edib ki, xəstəxanada qurbanlar Federal Təhlükəsislik Xidmətinin əməkdaşları tərəfindən dindirilib, ekipaj üzvlərindən “hadisə haqqında danışmamağı” xahiş ediblər.
“Dojd”un mənbəsinə görə, daha bir raket “Kapitan Lobanov”un yaxınlığında yerləşən MRTK şirkətinin sənaye gəmisinin yanındakı balıq torlarına düşüb.
...Kalininqrad vilayətinin rəsmi məlumatlarına görə, fövqəladə vəziyyət nəticəsində troulerin göyərtəsində yanğın baş verib. Rəsmi versiyaya görə, insident zamanı bir ekipaj üzvü həlak olub, daha dörd nəfər yaralanıb.
Troulerdəki yanğın söndürüldükdən sonra o, Yedəklə Kalininqrad limanına aparılıb. Gəminin göyərtəsində ümumilikdə yeddi ekipaj üzvü olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB