Krasnoyarskda bir neçə koloniya “məhbus çatışmazlığı”na görə bağlanır...
...2024-cü ildə Krasnoyarsk diyarında bir neçə koloniyanın bağlanması planlaşdırılır. Regional insan haqları üzrə ombudsman Mark Denisovun sözlərinə görə, bu “optimallaşdırma” Ukrayna ilə müharibə üçün əsirlərin cəlb edilməsi ilə bağlıdır.
...Bir həyəcan verici tendensiyanı qeyd edirəm: xüsusi hərbi əməliyyat şəraitində məhkumların sayının böyük həcmdə azalması, kimisə optimallaşdırmaq və pula qənaət etmək üçün penitensiar müəssisələrin bağlanmasının zəruriliyi barədə yuxarıya məlumat verməyə sövq edib.
SİA-nın əldə etdiyi məlumata görə, regionda ən məşhur konoliyalar kimi tanınan Areyski və Xromadskdakı koloniyalar da bağlanacaq.
Qeyd edək ki, ombudsman bunu martın 21-də regional qanunvericilik assambleyasının sessiyasında 2023-cü ildə gördüyü işlər haqqında hesabatla çıxış edərkən bildirib.
“Kommersant”ın xəbərinə görə, Denisov koloniyaların bağlanmasını yersiz hesab edir, çünki cəmiyyətin sosial quruluşu dəyişmədiyi üçün hər şey yenidən normala dönəcək.
Onu da qeyd edək ki, martın 19-da Dövlət Duması Rusiya prezidenti Vladimir Putinin imzaladığı gizli əfv fərmanları olmadan Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa görə cinayət məsuliyyətindən azad edilməsi haqqında qanun layihəsini qəbul edib.
Beləliklə, iki həftə ərzində qəbul edilən sənədə əsasən, ordu ilə müqavilə bağlanarsa, şübhəli şəxslərin cinayət işləri dayandırılacaq, təqsirli bilinənlər üçün isə həqiqi cəza şərti cəza ilə dəyişdiriləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB