Hərbi hissədə terror aktı hazırlayan rusiyalı saxlanılıb

Hərbi hissədə terror aktı hazırlayan rusiyalı saxlanılıb

Rusiyanın Sverdlovsk vilayəti üzrə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları hərbi əks-kəşfiyyat orqanlarının nümayəndələri ilə birlikdə Yekaterinburqdakı hərbi hissələrdən birində terror aktı hazırlayan şəxsi saxlayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri idarənin mətbuat xidməti yayıb.

Rusiya Federasiyasının region üzrə Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, saxlanılan şəxs “SSRİ vətəndaşları” ekstremist hərəkatının üzvüdür.

Qeyd edək ki, ekstremist kimi tanınan bu təşkilat Rusiyada qadağan edilib.

Beləliklə, axtarış zamanı onun üzərindən 5 ədəd kustar üsulla hazırlanmış yandırıcı vasitə aşkar edilib.

Faktla bağlı terror aktına hazırlıq maddəsi ilə cinayət işi başlanıb. Həmin şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə