Yəmən husiləri Rusiya və Çin gəmiləri Qırmızı dəniz, Bab əl-Məndeb və Ədən körfəzlərindən keçərkən onlara hücum etməyəcəklərini vəd ediblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Bloomberg öz mənbələrinə istinadən xəbər yayıb.
KİV-in məlumatına görə, tərəflər Rusiya və Çin diplomatları arasında Husi Ənsar Allah hərəkatının rəsmi nümayəndəsi Məhəmməd Abdel Salam ilə Omanda baş tutan görüşdən sonra belə bir razılığa gəliblər.
Qeyd edək ki, husilər mütəmadi olaraq Ərəbistan yarımadasının sahillərindən keçən gəmilərə hücum edir. Belə ki, martın 9-da Barbaros bayrağı altında üzən Amerikanın “True Confidence” gəmisi hücuma məruz qalıb.
Nəticədə yük gəmisinin 3 ekipaj üzvü itkin düşüb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB