Naməlum şəxslər Fransanın Luvr muzeyinə mesaj göndərərək Leonardo da Vinçinin şah əsəri “Mona Liza”nı və digər sənət əsərlərini partlatmaqla hədələyiblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Le Figaro” qəzeti polisdəki mənbələrə istinadən yayıb.
Onun sözlərinə görə, martın 17-də səhər tezdən saytdakı əlaqə forması vasitəsilə muzeyə ingilis dilində müvafiq təhlükə ilə bağlı mesaj göndərilib.
...Biz Mona Liza və bir çox başqa şah əsərləri partlatmaq niyyətindəyik, -deyə hücum edənlər yazıb.
Bundan sonra muzeyin əməkdaşları Mədəniyyət Nazirliyinin mühafizə xidməti ilə əlaqə saxlayıblar.
Hərtərəfli müayinə zamanı heç bir şübhəli əşya aşkar edilməyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB