Amerika Birləşmiş Ştatları (ABŞ) İranın dəstəklədiyi husilərə məxsus bir pilotsuz uçuş aparatı (PUA) və bir pilotsuz dəniz vasitəsinin "özünümüdafiə çərçivəsində" məhv edildiyini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, həyata keçirilən hücumlarla bağlı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi ''X'' internet səhifəsində edilən paylaşımda bildirilib.
Paylaşımda koalisiya qüvvələrinin Qırmızı dənizdə husilərə məxsus PUA-nı vurduğu, bir pilotsuz dəniz vasitəsinin isə ABŞ tərəfindən məhv edildiyi qeyd edilib.
Paylaşımda həmçinin ABŞ texnikasına heç bir ziyan dəymədiyi bildirilib. "Bu hərəkətlər naviqasiya azadlığını qorumaq və beynəlxalq suları ABŞ Hərbi Dəniz Qüvvələri və ticarət gəmiləri üçün daha təhlükəsiz etmək üçün atılır",-deyə paylaşımda qeyd olunub.
İranın dəstəklədiyi husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabrdan bəri İsrail şirkətlərinə tabe olan ticarət gəmilərini ələ keçirir və bəzilərinə pilotsuz uçuş aparatları ilə hücum edirlər.
Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki fəaliyyətlərini dayandırmaq qərarına gəlib.
ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu ifadə edərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı "Rəfahın Mühafizəçisi" adlı çoxmillətli "dəniz işçi qrupu"nun yaradıldığını açıqladı.
Avropa İttifaqı (Aİ) Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün “Aspides” missiyasını fevralın 19-da işə saldı, İtaliya martın 5-də parlamentin qərarı ilə bu missiyaya qoşularaq taktiki komandanlığı öz üzərinə götürdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB