Qəzzadan təxliyə edilən fələstinlilər Dohada...

Qəzzadan təxliyə edilən fələstinlilər Dohada...

Türkiyə və Qətər Qəzzadan təxliyə edilən yaralı fələstinliləri Qətərin paytaxtı Dohada bir araya gətirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir
Qətər Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada Qəzza zolağında yaralanan fələstinlilərin Dohadakı yaxınları ilə bir araya gəlməsi üçün Türkiyə ilə əməkdaşlıq edildiyi bildirilib.
Açıqlamada Qəzzadan təxliyə edilən yaralıların bir qisminin Türkiyedə, bəzilərinin isə Dohada müalicə olunduğu, Türkiyədə müalicəsi tamamlanan yaralıların Dohaya aparılaraq ailələrinə qovuşduğu bildirilib.
Qətərin beynəlxalq əməkdaşlıq üzrə naziri Lulva əl-Hatır Qətərin rəsmi QNA xəbər agentliyinə verdiyi müsahibədə Dohada yaralanan fələstinlilərin qohumları ilə bir araya gəlməsi mövzusunda göstərdiyi əməkdaşlığa görə Türkiyəyə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə