Rusiya ərazisində genişlənən müharibə, Rusiya ordusunun Ukraynanı işğal etməyə başlamasından 2 il sonra Rusiya hakimiyyətinə və yerli əhaliyə təzyiqi artırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə dialog.ua yazır.
Verilən xəbərlərə görə, Belqorod vilayətində rus ordusu ilə rus üsyançıları arasında döyüşlər davam edir.
Cümə axşamı səhər başqa bir rus qəsəbəsinin administrasiyası sakinləri dərhal təxliyə etməyə çağırıb.
SİA-nın bir müddət əvvəl rus xəbər agentliklərinin məlumatına istinadən verdiyi xəbərə görə, Belqorod vilayətində yerləşən Qrayvoron rəhbərliyi yerli sakinlərə müraciət edərək, Rusiyanın şimal hissəsinə, Ukrayna ilə sərhəddən 800 km məsafədə yerləşən Yaroslavl vilayətinə təxliyə olunmağa çağırıb.
…Görünür, rus ordusu indi onu da Kozinka kəndi kimi FAB-larla məhv edəcək. Ukraynalı jurnalist və bloqqer Denis Kazanski vəziyyəti şərh edərək, xüsusi hərbi əməliyyatın plan üzrə getdiyini bildirir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB