Qəzzada rekord sayda uşağın tibbi yardıma ehtiyacı olduğu bildirilir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNİCEF) sözçüsü Ceyms Elder “X” sosial media platformasında İsrailin sıx hücumları və blokadası altında olan Qəzzanın ən böyük sağlamlıq kompleksi olan Nasser xəstəxanasına etdiyi səfərlə bağlı paylaşım edib: “Qəzzada rekord sayda uşağın tibbi yardıma ehtiyacı var. Bölgədəki 36 xəstəxanadan 12-si qismən xidmət göstərir. Amma Nasser xəstəxanası onlardan biri deyil, minlərlə insanın sığındığı yerdir. Hazırda xəstəxananın dəhlizlərində Böyük bir hissəsinin bombardmanlar nəticəsində dağıdıldığı Nasser xəstəxanasında ölü sükut hökm sürür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB