İsrailin 167 gündür davam etdirdiyi Qəzzada can itkisi 32 minə yaxınlaşıb

İsrailin 167 gündür davam etdirdiyi Qəzzada can itkisi 32 minə yaxınlaşıb

İsrail ordusunun xalqı ac və susuz buraxıb köməyin gəlməsini əngəlləyərək insani fəlakətə yol açdığı Qəzza zolağında 2023-cü il 7 oktyabrdan bu yana həyatını itirən fələstinlilərin sayı 32 minə çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi sözçüsü Əşrəf Əl-Kudra etdiyi açıqlamada İsrailin Qəzza zolağına 167 gündür etdiyi hücumlara aid məlumat verib.

Son 24 saatda Qəzza zolağına yönəlmiş hücumlarda 65 fələstinli həyatını itirib, 92 fələstinli yaralanıb. 2023-cü il 7 oktyabrdan bu yana həyatını itirənlərin sayı 31 min 988-ə, yaralananların sayı isə 74 min 188-ə çatıb.

Kudra hələ də dağıntılar altında və yol kənarlarında ölülərin olduğunu İsrail qüvvələrinin əngəlləməsi səbəbi ilə cənazələrə çata bilmədiklərini vurğulayıb. 2,3 milyon nüfuzlu Qəzza zolağında böyük insani fəlakət yaşanır.

Başda BM-ə aid qurumlar olmaq üzrə beynəlxalq çevrələr çox xəstəxananın fəaliyyətini dayandırdığı, tibbi ləvazimat əksikliyi yaşanan, aclıq, susuzluq, təmizlik ləvazimatları çatışmadığı üçün xəstəliklərin hökm sürdüyü Qəzzada atəşkəs elan edilməsi və humanitar köməyin artırılması çağırışını ediblər.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə