Əfqanıstanın cənubundakı Kandahar vilayətində təşkil olunan hücumda 3 nəfər həyatını itirib.
SİA xarici mətbuata istinadən xəbər verir ki, Kandahar Polis Şöbəsindən edilən açıqlamada səhər saatlarında Kandahar şöbəsi yaxınlığında hücum təşkil olunduğu xəbəri gəlib.
Hücumda 3 nəfərin həyatını itirdiyi, 12 nəfərin isə yaralandığı bildirilib.
Yaralılar ən yaxın xəstəxanaya çatdırılıb. Hücumu hələ heç kimin öhdəsinə götürmədiyi bildirilib.
Müəllif: Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB