Keçmiş ABŞ rəsmiləri Bayden adminstrasiyasına məktub ünvanlayıb

Keçmiş ABŞ rəsmiləri Bayden adminstrasiyasına məktub ünvanlayıb

ABŞ hökumətinin keçmiş rəsmiləri administrasiyanı İsrailə qarşı daha sərt mövqe tutmağa çağırıb. SİA xəbər verir ki, ABŞ-də 70-ə yaxın keçmiş hökumət rəsmisi, diplomat və hərbçi prezident Co Bayden administrasiyasına məktub göndərərək, İsrailə qarşı daha sərt mövqe nümayiş etdirməyə çağırıb.

Vaşinqton administrasiyasının İsrailin tətbiqlərinə qarşı “konkret addımlar” atması lazım olduğunun vurğulandığı məktubda keçmiş ABŞ rəsmiləri İsrailə yardıma məhdudiyyətlərin qoyulması üçün konkret addım atılmasını istəyib.

Məktubda həmçinin İsrail ordusundan döyüş qaydalarını beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirməyə çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə