Avropa İttifaqının indiyədək Ukraynaya etdiyi yardımın məbləği məlum olub
Aİ və ona üzv ölkələr ümumilikdə 33 milyard avro dəyərində hərbi yardım göstərib. SİA xəbər verir ki, müharibədən sonra Aİ tarixində ilk dəfə olaraq silah və digər hərbi texnikanın alınması və çatdırılmasını maliyyələşdirməyə qərar verilib.
Aİ Komissiyasının açıqladığı məlumatlara görə, bu fond çərçivəsində Aİ 2022-2024-cü illər arasında Ukrayna ordusuna dəstək üçün 11,1 milyard avro səfərbər edib.
Bu məbləğ daxilində hər biri təqribən 500 milyon avro dəyərində 7 yardım tədbiri, hər biri 1 milyard avro dəyərində iki yardım tədbiri var ki, bunlar xüsusilə sursat və raketlərin birgə alınması və çatdırılmasına yönəlib.
Aİ həmçinin 2022-ci ilin noyabrında 15 min Ukrayna əsgərinə təlim keçmək üçün missiya başladıb. Bu çərçivədə indiyədək 40 min əsgər yetişdirilib, missiya üçün Avropa Sülh Fondundan 362 milyon avro xərclənib.
Aİ-nin Avropa Sülh Fondu üçün səfərbər etdiyi 11,1 milyard avro da daxil olmaqla, üzv dövlətlərə verilən hərbi yardımın ümumi məbləği təxminən 33 milyon avroya çatıb.
Aİ Komissiyasının məlumatlarına görə, Aİ 2022-2023-cü illərdə Ukraynaya kreditlər və qrantlar şəklində əhəmiyyətli makromaliyyə dəstəyi göstərib. Həmçinin, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı vasitəsilə Aİ qrantları və kreditləri təqdim etməklə dəstək verilib ki, bu da bu banklara Ukrayna hökumətinə və həyati əhəmiyyətli xidmətlər göstərən şirkətlərə kredit verməyə imkan verib.
Aİ büdcəsindən “maliyyə dəstəyi, büdcə dəstəyi və humanitar yardım” adı altında ümumilikdə 81 milyard avro transfer edilib. Bu məbləğin 3 milyard avrosu Aİ və ona üzv ölkələrin göstərdiyi humanitar yardım hesabına təmin edilib. İttifaq büdcəsindən verilən yardımdan əlavə, üzv ölkələr öz təşəbbüsləri ilə Ukraynaya 12,2 milyard avro qrant, kredit və təşviqlər veriblər.
Tarixində ilk dəfə aktivləşdirdiyi Müvəqqəti Qoruma Mexanizmi çərçivəsində qapılarını ukraynalı qaçqınların üzünə açan Aİ, ilk dövrlərdə 8 milyon, hazırda isə 4 milyona yaxın qaçqını qəbul edir.Yaşayış, işləmək və təhsil almaq hüququ verilən ukraynalı qaçqınların dəstəklənməsinə xərclənən məbləğ 17 milyard avro təşkil edib. Aİ və ona üzv ölkələr Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya ümumilikdə 143 milyard avrodan çox vəsait ayırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB