Belqorodun rəhbəri Qrayvoron sakinlərini təcili şəhəri tərk etməyə çağırır

Belqorodun rəhbəri Qrayvoron sakinlərini təcili şəhəri tərk etməyə çağırır

Bu arada Rusiya Federasiyasının Belqorod vilayətinin Qrayvoron şəhəri hakimiyyəti “gərgin vəziyyətə” görə bütün sakinləri ərazini tərk etməyi xahiş edib.

...Əziz həmvətənlər. Ərazidə qalanlara müraciət edirəm. Vəziyyət gərgin olaraq qalır. Sizdən düzgün qərar qəbul etməyinizi və müvəqqəti olaraq şəhər rayonunun ərazisini tərk etməyinizi xahiş edirəm.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu 6 mindən bir qədər artıq əhalisi olan Qrayvoron şəhərinin rəhbəri Gennadi Bondarev yazıb.

Onun sözlərinə görə, qonşu Yaroslavl vilayəti insanları qəbul etməyə hazırdır. O, əlavə etdi ki, səlahiyyətlilər rayon sakinlərinə ərzaq çatdırmağa çalışır, lakin çətin əməliyyat vəziyyətinə işarə edərək, özünüzü və yaxınlarınızı təhlükə altında qoymamağı tövsiyə edir.

...Xatırladaq ki, martın 12-də Rusiya Könüllülər Korpusu daha iki bölmə ilə birlikdə Rusiya ilə sərhədi yararaq bir neçə yaşayış məntəqəsini, xüsusən də Belqorod və Kursk vilayətlərini nəzarətə götürüb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə