Bir zamanın ən gözəl qadını idi! 58 yaşındakı Brooke Shields indi tanınmaz haldadır - FOTOLAR

Bir zamanın ən gözəl qadını idi! 58 yaşındakı Brooke Shields indi tanınmaz haldadır - FOTOLAR

Brooke Shields yaşadığı sevgilər və evlilikləri ilə uzun illər şou biznes gündəmində ilk sıralarda yer alıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, "Mavi göl" filmindəki rolu ilə könüllərə taxt quran aktrisa qısa müddətdə milyonların tanıdığı birinə çevrilib. Yalnız kino və televiziyada deyil, teatr səhnəsində də qabiliyyəti ilə böyük alqışlar alıb.

Gözəlliyinə görə uşaq yaşlarında travma müddətindən keçən Brooke Shields gənc xanım olduqda ən gözəl qadın aktrisa kimi qəbul edilmişdi.

1965-ci ildə New Yorkda dünyaya gələn Brooke Shields çox gözəl körpə olduğu üçün hələ 11 aylığında modellik karyerasına başlayıb. 14 yaşında Vogue jurnalının üst qapağında yer alan Shields hətta kişi alt paltarı reklamında da rol alıb.

Uşaq pornoqrafiyasının təsvir olunduğu 1978-ci il çəkimi "Pretty Baby" filmində bir uşağı canlandıran Brooke Shileds bir neçə dəfə çılpaq şəkildə kamera qarşısına keçib.

Məşhur aktrisanın film sonrası ağır psixoloji müddətdən keçdiyi danışılmışdı.

İndi 58 yaşında olan amerikalı aktrisa və modelin son halı təəccübləndirir.

Gözəl qız olduğu üçün anasının təkidi ilə öhdəsindən gələ bilməyəcəyi rolları canlandırmaq məcburiyyətində qalan Shields üçün deyirdilər: "Gözəlliyi başına bəla olur".

2001-ci ildə rejissor Chris Henhcy ilə evlənən Shieldsin iki uşağı var.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə