Yaponiyanın baş naziri Kişida süni intellektlə bağlı xəbərdarlıq edib. SİA-nın xəbərinə görə Baş nazir Kişida Seulda keçirilən 3-cü Demokratiya Sammitinin onlayn sessiyasında süni intellekt məsələsinə toxunub. O, “Parçalanmalar ola bilər” deyə xəbərdarlıq edib.
Kişida “Süni intellektin yaratdığı saxta video və audio məzmun insanların doğru və yalan məlumatı ayırd etmələrini çətinləşdirir” deyib.
Yaponiyanın baş naziri bu vəziyyətin insanların siyasi seçim etmək imkanlarına mane ola biləcəyini bildirib.
G7 2023 Dövrünün Prezidenti olaraq keçən il Hirosimada keçirdikləri Liderlər Zirvəsinə toxunan Kişida burada başlatdıqları “Hirosima Süni İntellekt Prosesi” ilə məhsuldar süni intellekt prinsipləri ilə bağlı müzakirələr aparılmasını hədəflədiklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB