ABŞ polisi şübhəli fotolarında oyuncaq başlarından istifadə etməyə başlayıb

ABŞ polisi şübhəli fotolarında oyuncaq başlarından istifadə etməyə başlayıb

ABŞ-nin Kaliforniya ştatının Murrieta şəhərində polis cinayətkarların şəkillərinin paylaşılmasını məhdudlaşdıran qanuna görə saxladıqları cinayətkarların fotolarına “oyuncaq” başları taxıblar. SİA xəbər verir ki, polis məmuru açıqlamasında "Yanvarın 1-dən qüvvəyə minən yeni qanun Kaliforniyada hüquq-mühafizə orqanları əməkdaşlarının şübhəli fotoşəkillərini necə və nə vaxt paylaşa biləcəyini məhdudlaşdırır" deyə qeyd edib.

Bildirilib ki, yeni qanun indi hüquq-mühafizə orqanlarına qeyri-zorakı cinayətlər törətməkdə şübhəli bilinən şəxslərin fotoşəkillərini müəyyən hallar istisna olmaqla paylaşmağı qadağan edir: “Bundan əlavə, yeni qanun qurumların xüsusi hallar olmadığı təqdirdə 14 gündən sonra şübhəli şəkilləri sosial mediadan silməsini tələb edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə