TikTok kompyuterdən canlı yayım etməyə yarayan yeni tətbiqi "TikTok LIVE Studio"nu sərgiləyib.
SİA xarici mətbuata istinadən xəbər verir ki, platforma artıq kompyuterlərdən canlı yayım etməyə icazə verəcək. Beləliklə, istifadəçilər bu platformanı YouTube və Twich kimi də istifadə edə biləcəklər. Digər tərəfdən də bu tətbiq ilə oyundaykən ekran paylaşımı edə biləcəksiniz. Bundan başqa canlı yayım bir qaynaqdan, səs və ya video başqa qaynaqdan alına biləcək.
Müəllif: Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB