Teomandan evlilik açıqlaması

Məşhur rokçu Teoman evlilik açıqlaması etdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, Teoman evliliklə bağlı suallara "80 yaşında evlənəcəm" deyib.

Teoman Nişantaşında öz hərəkətləri ilə diqqət çəkib. Məşhur rokçu jurnalistlərlə ayaqüstü söhbət edib. Pensiyaya çıxandan sonra bir çox məşhurun sahil qəsəbələrinə yerləşdiyini xatırladan Teoman deyib: "Mən onlara oxşamıram. Tam pensiyaya çıxmayacam. Mənə uyğun deyil qəsəbədə yerləşmək. Ortalıqda dolaşmağı, kafelərə getməyi sevirəm. Təbiət məni açmır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə