Üzüstə yatanların diqqətinə

Üzüstə yatmaq sağlamlıq cəhətdən olduqca təhlükəlidir. SİA xarici mətbuata istinadən xəbər verir ki, İngilis Mirror qəzetində verilən xəbərə görə alimlər üzüstə yatan insanları müxtəlif sağlamlıq problemlərinə daha yaxın olduğu üçün xəbərdar ediblər.

Dr.Tony Nalda deyib ki, hal-hazırda boyun və kürək ağrılarınız varsa, bu vəziyyətdə yatmaq bunu daha da ağırlaşdıracaq. Həkimin sözlərinə görə üzüstə yatmaq dərin nəfəs almağı da çətinləşdirir: "Üzüstə yatmaq ürəyinizdə stress yarada bilər. Sinənizə təzyiq etməklə qan dövranını çətinləşdirərsiniz".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə