İsrailin Qəzzaya hücumlarına diqqət çəkmək istəyənlər Almaniya kansleri Olaf Şolz etiraz edib. SİA xəbər verir ki, Almaniyanın Leypsiq şəhərində keçirilən Leypsiq Kitab Sərgisinin açılışına qatılan Almaniya kansleri Olaf Şolz İsrailin Qəzzaya hücumlarına diqqət çəkmək istəyən etirazçıların hədəfində olub. Davamlı olaraq çıxışını yarımçıq kəsənlərə reaksiya verən Şolts “Bəsdir, qışqırmağı dayandırın” deyə reaksiya göstərib.
Zalı tərk etmək istəməyən etirazçılarla təhlükəsizlik qüvvələri arasında mübahisə yaranıb.
Çıxışına davam edən Scholz, oxumağın əhəmiyyətini vurğulayaraq, "Hər fəsil, hər yeni səhifə ilə gündəlik həyatda bəzən aşılmaz görünən fərqlərin öhdəsindən gələ bilərik" deyə qeyd edib. Mərasimdə həmçinin Leypsiq Avropa Konsepsiya Kitabı Mükafatı da təqdim olunub. Bu il mükafat “Radikal Universalizm” kitabına görə yəhudi əsilli alman filosof Omri Boehmə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB