Fransa hökuməti "Google"nı cərimələdi

Fransa hökuməti "Google"nı cərimələdi

Fransa Rəqabət İdarəsi internet axtarış sistemi Google-u fransız nəşriyyatlarına xəbərlərinə görə ödədiyi ödənişlərlə bağlı öhdəliklərini yerinə yetirmədiyi üçün 250 milyon avro cərimələyib. SİA xəbər verir ki, Fransa Rəqabət Qurumundan (Autorité de la concurrence) verilən açıqlamada, Google-un 2022-ci ilin iyununda “naşirlər, agentliklər və rəqəmsal platformalar arasında balanslaşdırılmış danışıqlar üçün lazımi şərait yaratmaq məqsədi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi” səbəbi ilə cərimələndiyi qeyd edilib. Dünyanın bir çox ölkəsində 'rəqabətə qarşı hərəkət etmək' iddiaları ilə mübarizə aparan Google, Fransada cəriməni ödəməyə razılaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə