Aİ liderləri Rusiyanın dondurulmuş aktivlərini müzakirə edəcək

Aİ liderləri Rusiyanın dondurulmuş aktivlərini müzakirə edəcək

Aİ sammitində Avropa İttifaqı liderləri Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində dondurulmuş maliyyə aktivlərindən əldə edilən milyardlarla avro mənfəətin Ukraynaya silah almaq üçün istifadə edilməsi planını müzakirə edəcəklər. SİA xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin videobağlantı vasitəsilə sammitə qatılması gündəmdə olacaq.

Aİ liderlərindən ibarət Avropa Şurasının prezidenti Şarl Mişel sammitə dəvət məktubunda deyib: "Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin üçüncü ilinə qədəm qoyarkən çox mühüm bir məqamla qarşılaşırıq. Təcililik, intensivlik və sarsılmaz qətiyyət vacibdir”.

Komissiya hesab edir ki, Rusiya Mərkəzi Bankının müxtəlif qiymətli kağızlarından və nağd pullardan ibarət aktivlərdən əldə edilən mənfəət ildə 2,5 milyard avro (2,73 milyard dollar) ilə 3 milyard avro arasında ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə