Çinin sahil mühafizə gəmiləri Yaponiyanın su sərhəddini pozub

Çinin sahil mühafizə gəmiləri Yaponiyanın su sərhəddini pozub

Çinin sahil mühafizə gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku arxipelaqı ətrafındakı Yaponiyanın milli su sərhəddini pozduğu bildirilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çin gəmiləri Kuba Jima adasının cənub-şərq sahillərinə yaxınlaşaraq Yaponiya Sahil Mühafizəsinin xəbərdarlığından sonra bölgədə iki saat qaldıqdan sonra ərazini tərk edib.

Qeyd edək ki, 5 ada və 3 qayadan ibarət Yaponiyaya məxsus olan və Çinin iddia etdiyi kimsəsiz bölgə uzun müddətdir ki, suverenlik mübahisələrinə səbəb olur.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə