Bayden bu dəfə də yeni NATO üzvünü unutdu

Bayden bu dəfə də yeni NATO üzvünü unutdu

ABŞ prezidenti Co Bayden son çıxışında iki Skandinaviya ölkəsi Finlandiya və Norveçi səhv salıb. SİA xəbər verir ki, çərşənbə axşamı Nevada ştatının Reno şəhərində keçirilən kampaniya tədbirində danışan Bayden 2023-cü ilin payızında, ölümündən bir neçə gün əvvəl ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerlə söhbətini xatırladıb. O, Kissincerin onu “NATO-nu heç vaxt olmadığı qədər güclü etdiyinə” görə təriflədiyini iddia edib.

Bayden çıxışında iki Skandinaviya ölkəsini, Finlandiya və Norveçi qarışdırıb.

Bayden bildirib ki, Kissincer ona “Siz İsveç və Norveçi də daxil etməklə NATO-nun sərhədlərini genişləndirdiniz” deyə bildirib.

Qeyd edək ki, Finlandiya 2023-cü ilin aprelində NATO-ya üzv olub. Norveç NATO-nun qurucu ölkələri sırasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə