Çin sahil mühafizə gəmiləri Yaponiya su sərhədlərini pozub

Çin sahil mühafizə gəmiləri Yaponiya su sərhədlərini pozub

Çin sahil mühafizə gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku arxipelaqı ətrafındakı Yaponiyanın milli ərazi sularını pozduğu bildirilir. SİA xəbər verir ki, Okinava əyalətinin Naha rayonunda yerləşən 11-ci Region Sahil Mühafizəsi Qərargahının bəyanatına görə, Çinin 4 sahil mühafizə gəmisi Yaponiyanın ərazi sularını pozub.

Bildirilib ki, gəmilər Kuba Jima adasının cənub-şərq sahillərinə yaxınlaşaraq Yaponiya Sahil Mühafizəsinin xəbərdarlığından sonra bölgədə iki saat qaldıqdan sonra ərazini tərk edib.

Qeyd edək ki, Yaponiyanın "Senkaku" və Çinin "Diaoyu" adlandırdığı arxipelaq Şərqi Çin dənizində, Çinin şərq sahillərində və Yaponiyanın cənub-qərb sahillərində yerləşir. 5 ada və 3 qayadan ibarət olan, Yaponiyaya məxsus olan və Çinin iddia etdiyi kimsəsiz bölgə uzun müddətdir ki, suverenlik mübahisələrinə səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə