ABŞ-da immiqrasiya qanununda dəyişiklik edilib

ABŞ-da immiqrasiya qanununda dəyişiklik edilib

ABŞ-ın gündəmində mühüm yer tutan Texasda immiqrasiya qanunu ilə bağlı eyni gündə iki ayrı qərar verilib. SİA xəbər verir ki, polisə Meksika sərhədindən ölkəyə qeyri-qanuni yollarla daxil olan immiqrantları saxlama səlahiyyəti verən qanun qüvvəyə minib, saatlar sonra isə dayandırılıb.

Qanun ABŞ Ali Məhkəməsi tərəfindən təsdiqlənib. Bir neçə saat sonra ABŞ-nin 5-ci Dairə Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənən bu qanunla bağlı yeni səsvermə keçirilib.

Apellyasiya Məhkəməsi Ali Məhkəmənin təsdiq etdiyi qanunun icrasının dayandırılması barədə qərar qəbul etdiyini açıqlayıb. Qanunla bağlı yeni dinləmənin keçiriləcəyi bildirilib.

Qeyd edək ki, ABŞ-ninTexas əyalətində Meksika sərhədindəki immiqrasiya problemi ölkənin ən mühüm gündəmlərindən biri olmaqda davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə