Britaniya Zalujnının səfir olmasına niyə razılıq vermir?

Britaniya Zalujnının səfir olmasına niyə razılıq vermir?

...Britaniya hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının bu ölkənin Londondakı səfiri vəzifəsinə təyin olunmasına hələlik rəsmi razılıq verməyib.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya baş nazirinin nümayəndəsi Rişi Sunak məlumat yayıb.

Sunakın ofisi diplomatik prosesin davam etdiyini qeyd edərək, Mənim bildiyim qədər, onun təyinatı hələ rəsmi olaraq təsdiqlənməyib deyib.

...Xatırladaq ki, Zalujnı fevralın 8-də Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən uzaqlaşdırılıb. Onun yerini general Aleksandr Sırski təyin edilib.

Ertəsi gün Ukrayna prezidenti Vladimir Zelenski Zalujnıya Ukrayna Qəhrəmanı adı verib.

Martın 7-də Ukrayna Xarici İşlər Nazirliyi Zelenskinin Zalujnının Ukraynanın Londondakı səfiri vəzifəsinə namizədliyi ilə bağlı razılığa gəldiyini açıqlayıb.

Ukrayna mətbuatının yazdığına görə, ötən qış Zalujnı hərbi həkim komissiyasından keçib və hərbi xidmətə yararsız elan edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə