Hollandiya Ukraynaya 350 milyon avro məbləğində yeni hərbi yardım paketi elan edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna Hollandiyanın müdafiə naziri Kaysa Ollonqrenə istinadən yazıb.
Onun sözlərinə görə, ölkə Ukraynanın bu il almalı olduğu “F-16” təyyarələri üçün sursat alacaq.
Bunun üçün 150 milyon avronun ayrılması nəzərdə tutulur və döyüş sursatları birbaşa sənayedən alınacaq.
Hollandiya həmçinin tərəfdaş ölkələrlə təxminən 200 milyon avro dəyərində yeni kəşfiyyat aparatları üçün müqavilə imzalayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB