Fransa 20 min hərbçi ayırmağa hazırdır...

Bu barədə Fransa Baş Qərargah rəisi bildirib
Fransa 20 min hərbçi ayırmağa hazırdır...

...Fransa özünü təcavüzdən qorumaq və maraqlarını müdafiə etmək üçün öz qoşunlarını döyüş bölgəsinə göndərməyə hazırdır.

SİA-nın bundan əvvəl də qeyd etdiyi kimi, bunu Fransa Ordusunun Baş Qərargah rəisi Pyer Şill martın 19-da “Le Monde”da dərc olunan köşə yazısında bildirib.

...Özünü təcavüzdən qorumaq və maraqlarını müdafiə etmək üçün Fransa ordusu ən ağır öhdəliklərə hazırlaşır, bunu bəyan edir və nümayiş etdirir.

Bunu yazan Şillin sözlərinə görə, Fransa hərbçilərinin əsas vəzifəsi öz ölkələrinə hücumun qarşısını almaqdır.

...Fransa 30 gün ərzində koalisiyada iştirak etmək üçün bir diviziya, yəni təxminən 20 min nəfər ayıra bilər. Fransa diviziyasını və milli qüvvələrini bir və ya bir neçə müttəfiq diviziya ilə birləşdirərək 60 min nəfərə qədər koalisiya ordusu korpusuna komandanlıq etmək iqtidarındadır. Korpusun qərargahı böhranın idarə olunmasından tutmuş yüksək intensivlikli əməliyyatlara qədər müxtəlif intensivlikdə yerüstü əməliyyatların idarə edilməsi üçün mühüm strukturdur.

Qeyd etdiyimiz kimi, Fransa Baş Qərargahının rəisi yazıb bunu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə