“Rusiya bəzilərinin düşündüyü qədər elə də güclü deyil...”

Almaniya kansleri Avropa İttifaqını birləşməyə və Rusiya Federasiyasına qarşı Ukraynanı israrla dəstəkləməyə çağırıb
“Rusiya bəzilərinin düşündüyü qədər elə də güclü deyil...”

Almaniyanın federal kansleri Olaf Şolz müttəfiqlərini Rusiya Federasiyasının siyasi və hərbi gücünü şişirtməməyə çağırıb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Bild” xəbər verir.

...Rusiya bəzilərinin düşündüyü qədər elə də güclü deyil...

Bunu deyən Almaniya hökumətinin başçısı daha sonra bildirib ki, hərbi baxımdan Rusiyanın Ukraynadakı müharibəsi artıq “qəddar” olub.

Onun sözlərinə görə, ölkə daxilində Rusiyanın repressiv sistemi güc çatışmazlığı əlamətləri göstərir.

…Və bu, Avropa İttifaqının birləşməsini eləcə də Rusiyaya qarşı Ukraynanı inadla dəstəkləməsini daha da vacib edir. …Əgər Putin inanırsa ki, o, sadəcə olaraq bu müharibəni dayandıra bilər və biz dəstəyimizi zəiflədəcəyik, deməli, o, səhv hesablayıb.

Bunu da Şolz deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə