Putindən etiraf:bunlar Ukraynanın təxribat və kəşfiyyat qrupları deyil...
...“Rusiyanın Azadlığı” legionunun, RDK və Sibir batalyonunun Belqorod və Kursk vilayətləri ərazisinə basqını hazırda müəyyən məqsədlərə nail olub, lakin bəziləri isə hələ də həyata keçirilməkdədir.
Təbii ki, məqsəd aydındır. Kreml artıq belə adamlarının mövcud olduğunu və onların hələ də yoxa çıxmadıqlarını aydın şəkildə görməyə başlayıb.
...Bu, birincisi.
...İkincisi isə onların sayı günü gündən artmaqdadır. Qeyd edək ki, budəfəki basqında Sibir batalyonu və Çeçenistandan olan könüllülər də iştirak ediblər.
...Üçüncüsü, sərhədyanı rayonların sakinlərinə Rusiyanın onlara tamamilə biganə olduğunu nümayiş etdirmək lazım idi.
Qeyd edək ki, bunu telemarafon zamanı hərbi ekspert Aleksandr Musienko bildirib.
O, həmçinin əlavə edib ki, reyddən sonra Putin ilk dəfə Rusiyada vətəndaş müharibəsi olduğunu etiraf edib.
...Bundan əlavə, bu insanları görən Putin yaman əsəbiləşib. Seçkilərdən sonra mətbuat konfransında üsyançıları vlasovçularla müqayisə edib.
Maraqlıdır, Putinin vlasovçular kimi təqdim etdikləri kimlərdir? Təbii ki, Qırmızı Ordunun əsgərləri.
Beləliklə, Putin, demək olar ki, ilk dəfə etiraf etdi ki, bunlar Ukraynanın təxribat və kəşfiyyat qrupları deyil. Bunlar Rusiya Federasiyasının vətəndaşlarıdır. Və bununla o, Rusiyada vətəndaş müharibəsinin ilk əlamətlərini etiraf etmiş oldu.
Bunu da Musienko deyir.
Onu da qeyd edək ki, RDK, "Rusiya Azadlığı" Legionu və Sibir Batalyonundan olan rus üsyançılarının basqınları Rusiya Federasiyasında prezident seçkilərinin başlamasına az qalmış başlayıb və bu günə qədər davam edir.
Yeri gəlmişkən, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusovun sözlərinə görə, Ukrayna kəşfiyyatı Rusiya Federasiyasında rejimin devrilməsində rus üsyançılarına kömək edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB