Hindistan tanklar üçün öz mühərrikini sınaqdan keçirməyə başlayıb

Hindistan tanklar üçün öz mühərrikini sınaqdan keçirməyə başlayıb

Ölkədə hazırlanmış tank mühərrikinin ilk sınaqları Hindistanda baş tutub.

SİA-nın əldə etdiyi məlumata görə,bu barədə TASS “Times of India” qəzetinə və ölkənin müdafiə nazirinin birinci müavini Qiridhar Aramaneyə istinadən xəbər verir.

Beləliklə, BEML 1,5 min at gücünə malik tanklar üçün mühərriki sınaqdan keçirib. Qeyd olunur ki, mexanizm optimal güc-çəki nisbətinə malikdir və ekstremal şəraitdə, o cümlədən yüksək hündürlükdə, isti və soyuqda işləyə bilir. ...Bu nailiyyət ölkənin müdafiə qabiliyyətinin yeni dövrünə işarə edir, texnoloji cəsarət və müdafiə texnologiyasında özünə güvənməyə sadiqlik nümayiş etdirir.

Qeyd edək ki, bunu hindistanlı nazir bildirib.

Xatırladaq ki, Hindistan 2020-ci ildə tanklar üçün öz mühərrikinin yaradılması proqramını həyata keçirməyə başlayıb ki, onun tamamlanması 2025-ci ilə planlaşdırılır. 2023-cü ilin oktyabrında Hindistan özünün pilotlu orbital missiyasının sınaq buraxılışını həyata keçirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə