Meksika Texasın immiqrasiya əleyhinə qanununu “qeyri-insani” adlandırır
Meksika prezidenti Andrés Manuel Lopez Obrador ABŞ-ın Texas ştatında qeyri-qanuni miqrantlara qarşı qüvvəyə minən qanuna münasibət bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Meksika lideri gündəlik mətbuat konfransında "bu sərt tədbirlərə qarşı olduğunu" söyləyib. Obrador yeni qanunun beynəlxalq hüququ və insan hüquqlarını pozduğu fikrini bildirib. O, həmçinin bunu “tamamilə qeyri-insani, ədalətsiz və antixristian” adlandırıb.
...Ştat federal hökumətin səlahiyyətlərinə aid olan qanunları qəbul edə bilməz.
Qeyd edək ki, TASS bunu Meksika prezidentindən sitat gətirir.
Onu da qeyd edək ki, Meksika prezidenti ölkəsinin Texasdan deportasiyaları qəbul etməyəcəyini də bildirib.
Xatırladaq ki, ötən çərşənbə axşamı, martın 19-da ABŞ Ali Məhkəməsi Texas polisinə miqrantları həbs edib deportasiya etməyə icazə verib. Ölkənin federal hakimiyyət orqanları qanuna qarşı çıxıb. Bundan əvvəl amerikalı milyarder İlon Mask miqrantlarla bağlı vəziyyətə görə ABŞ-ın ölümünü proqnozlaşdırmışdı.
Ağ Evin keçmiş rəhbəri Donald Tramp ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin səlahiyyət müddətinin sonuna kimi ABŞ-da qeyri-qanuni mühacirlərin sayının 18 milyon nəfəri keçəcəyini proqnozlaşdırır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB