ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Social Design Agency and Structure” təşkilatlarına, eləcə də onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib. Xüsusilə, məhdudiyyətlər arasında siyasi strateq və Sosial Dizayn Agentliyi eləcə də Strukturun təsisçisi İlya Qambaşidze, həmçinin Strukturun baş direktoru Nikolay Tupikin də var.
Vaşinqtonun fikrincə, onların hamısı Latın Amerikasında Ukraynaya dəstəyi zəiflətmək məqsədi daşıyan informasiya kampaniyasını koordinasiya edirmişlər.
SİA-nın əldə etdiyi məlumata görə, Amerika Maliyyə Nazirliyi hesab edir ki, Qambaşidze və Tupikin 2022-ci ilin payızından başlayaraq 60-dan çox saytdan ibarət şəbəkə yerləşdiriblər ki, onlar vasitəsilə Rusiyanın Ukraynaya qarşı müharibəsi haqqında yalan məlumatlar, ABŞ və NATO-nun qitədəki siyasətini gözdən salan məlumatlar yayılıb.
Qeyd edək ki, ötən il Rusiya şirkətləri ABŞ Dövlət Departamentinin diqqətinə düşüb.
ABŞ agentliyinin məlumatına görə, Rusiyada yerləşən qrup məzmunu yaradıb və Latın Amerikasında yerli jurnalistlərin, rəy liderlərinin daxil olduğu redaksiya qrupuna göndərib.
...Və materiallar daha çox yayılmaq üçün yerli mediada dərc olunub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB