Ukraynada ildə iki milyon pilotsuz uçan aparat istehsal edəcək?

Ukraynada ildə iki milyon pilotsuz uçan aparat istehsal edəcək?

Ukrayna ildə iki milyon pilotsuz təyyarə istehsal edə bilər. SİA-nın əldə etdiyi məlumata görə, bunun şərtlərini Mixail Fedorov “The Guardian”-a müsahibəsində açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna Qərbin əlavə maliyyə dəstəyi ilə pilotsuz təyyarələrin istehsal sürətini indiki tempdən iki dəfə artırmaq imkanı əldə edəcəkdi.

O, etiraf edib ki, hazırda Kiyev vəsait çatışmazlığı səbəbindən daha kiçik məbləğə müqavilələr bağlayır.

Fedorov həmçinin bildirib ki, hazırda Ukraynada 200-dən çox şirkət pilotsuz təyyarələr istehsal edir.

Nazir əlavə edib ki, dronların 90 faizindən çoxu yerli istehsaldır, onlar üçün komponentlər isə “həmişə xaricdən tədarük edilməli olacaq”.

Bundan əvvəl məlum olub ki, Ukrayna mərmi çatışmazlığını pilotsuz təyyarələrin kütləvi istehsalı hesabına ödəməyə ümid edir.

Bu barədə “Frans Press” agentliyi dronların artilleriya ilə müqayisədə əhəmiyyətli çatışmazlıqlarını qeyd edərək bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə