Rusiya Zimbabveyə minlərlə ton buğda və gübrə verib

Rusiya Zimbabveyə minlərlə ton buğda və gübrə verib

Rusiya Zimbabveyə 25 min ton buğda və 23 min ton mineral gübrə verib. SİA bu barədə Rusiyanın Hararedəki səfiri Nikolay Krasilnikova istinadən xəbər verir.

“Aspindale anbarına 25 min ton buğda təhvil verilib... Bu, Vision 2030 proqramının bir hissəsi kimi Zimbabvenin gələcək davamlı sosial-iqtisadi inkişafına töhfə vermək üçün edilib”, deyə o bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin 2022-ci ildə elan etdiyi təşəbbüsün həyata keçirilməsi çərçivəsində Zimbabveyə kalium və kompleks gübrələr də daxil olmaqla, həcmi 23 min ton olan gübrə partiyası gətirilib.

Bundan əvvəl Zimbabvenin birinci vitse-prezidenti Konstantino Çivenqi ölkəsinin Rusiyanın dəstəyi ilə güclü iqtisadiyyat və regional sənaye mərkəzi yaratmağa çalışdığını bildirib. Onun sözlərinə görə, Zimbabve innovasiyalar, elmi tədqiqatlar və qabaqcıl texnologiyalar sahəsində Rusiya təcrübəsindən istifadə etməyi gözləyir.

Bundan əvvəl məlum olub ki, Zimbabve Rusiya ilə əməkdaşlığı genişləndirmək istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə