Şoyqu bu ilin əvvəlindən Ukrayna Silahlı Qüvvələrinin itkilərini açıqlayıb
...2024-cü ilin əvvəlindən Ukrayna ordusu 71 mindən çox itki verib.
SİA-nın əldə etdiyi məlumata görə, TASS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu müdafiə departamentinin kollegiya iclasında danışıb.
O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri də 11 min ədəd müxtəlif silahlar itirib.
...Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur.
Bunu deyən rusiyalı nazirin sözlərinə görə, Rusiya hərbçiləri dörd “Abram” və beş “Leopard” tankını məhv edib.
Şoyqu, həmçinin ruslar tərəfindən 27 Bradley piyada döyüş maşınının, altı HIMARS reaktiv yaylım atəş sisteminin və 11 zenit-raket sisteminin, o cümlədən beş “Patriot”un məhv edildiyini də deyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB