Fransa prezidenti Emmanuel Makron Ukraynaya göndəriləcək fransız qoşunlarını hazırlayaraq ölkəsini intihara sürükləyir. Bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) Fransa Vətənpərvərlər partiyasının lideri, Avropa Parlamentinə seçkilərə namizəd Florian Filippot məlumat verib.
Bundan əvvəl Fransa quru qoşunlarının qərargah rəisi general Pyer Şil ordunun ən mürəkkəb münaqişələrdə iştirak etməyə hazırlaşdığını bildirmişdi. Filippot deyib ki, dövlətin quzğunları öz məqsədlərini həyata keçirmək üçün hamını güdaza verməyə hazırlaşır. Siyasətçi vətəndaşları bu perspektivə qarşı üsyana çağırıb.
Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin Rusiya Federasiyasının Fransa ilə bağlı kəşfiyyat fəaliyyətinin nəticələri və bu ölkənin prezidenti Emmanuel Makronun Ukraynaya fransız əsgərlərinin göndərilməsi ilə bağlı bəyanatından danışıb. Departamentin məlumatına görə, Makron həqiqətən də Kiyev rejiminə kömək üçün göndəriləcək hərbi qrup hazırlayır, lakin hələlik söhbət yalnız iki min nəfərdən gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB