İspaniyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

İspaniyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Bueno Türkiyəyə səfərə gəlir.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyindən səfərlə bağlı verilən yazılı açıqlamada deyilir:
“İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı (Aİ) və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno 20-21 mart 2024-cü il tarixlərində ölkəmizdə rəsmi səfərdə olacaq. Görüşlər zamanı iki ölkə arasındakı münasibətlər, həmçinin Türkiyə-Avropa İttifaqı münasibətləri, cari regional və qlobal proseslər müzakirə olunacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə