Amerikalı sahibkar Elon Mask etiraf edib ki, o, bəzən depressiyadan əziyyət çəkir və dərman qəbul edir. Onun sözlərini SİA CNN-ə istinadən bildirir.
"Bəzən mən beynimdə depressiya kimi bir növ mənfi kimyəvi vəziyyət alıram. Yaxud heç bir mənfi xəbərlə əlaqəli olmayan depressiyaya düşürəm", - Mask CNN-in keçmiş aparıcısı və bloggeri ilə müsahibə zamanı deyib.
Sahibkarın sözlərinə görə, dərman qəbul etmək ona kömək edir, çünki o, “adətən gündə 16 saat işləyir”. Mask uzun müddət dəqiq düşünə bilmədiyi bir vəziyyətdə qalmağa gücü çatmayacağını əlavə edib.
CNN-in qeyd etdiyi kimi, sahibkar depressiyasını anadangəlmə hesab edir və dərmanlarının onun şirkətlərinə və onların dövlət müqavilələrinə hansısa şəkildə təsir edəcəyini düşünmür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB