Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası məsələsinə xüsusi diqqət yetirir. SİA-nın məlumatına görə, bunu jurnalistlərlə keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərini şərh edərkən deyib.
“Bu, bizim xüsusi diqqətimizi davam etdirdiyimiz bir məsələdir. Bu, təkcə ABŞ dövlət katibinin deyil, həm də onun köməkçisi O`Brayen (ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen: red.) və baş əlaqələndirici Bono ilə bağlı məsələdir", - deyə mətbuat katibi yekunlaşdırıb.
Bundan əvvəl Nikol Paşinyan Tavuş vilayətinin kəndlərinəsəfəri zamanı sakinlərlə görüşündə demişdi ki, hökumətin siyasəti Azərbaycanla müharibənin qarşısını almaqdır. Və bu həm də ona görədir ki, hökumət bu ərazilərdə Ermənistan Respublikasının sərhədini tənzimləmək qərarına gəlib və bu, təkcə Ermənistan Respublikası naminə deyil, həm də konkret olaraq həmin kəndlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB