Kreml NATO-nun regionda genişlənməsi ilə Qafqazda sabitliyə şübhə ilə yanaşır

Kreml NATO-nun regionda genişlənməsi ilə Qafqazda sabitliyə şübhə ilə yanaşır

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov NATO-nun təsirini genişləndirmək cəhdləri ilə Şimali Qafqazda sabitliyin möhkəmlənməsinə şübhə ilə yanaşır. Bu barədə SİA məlumat yayıb.

“Həmçinin belə bir anlayış var ki, NATO-nun təsirini genişləndirmək cəhdləri çətin ki, Şimali Qafqazda sabitlik və vəziyyətin proqnozlaşdırıla bilənliyini artırsın. Bu təmaslar Qafqaz dövlətlərinin suveren hüququdur”. Martın 18-də NATO-nun baş katibi Yens Stoltenberq NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparıldığını açıqlayıb.

NATO-nun baş katibi qeyd edib ki, Rusiyanın Ukraynadakı qələbəsi Azərbaycan üçün də təhlükə yaradacaq. Martın 19-da Stoltenberq Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə İrəvanı və Bakını uzunmüddətli sülh əldə etməyə çağırıb, həmçinin “Ermənistanın Ukrayna ilə həmrəyliyini” təşviq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə