Pakistanın qərbində 5,4 maqnitudalı zəlzələ olub. SİA xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib. Verilənlərə əsasən, yerli vaxtla 02:27-də qeydə alınmış zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Bəlucistan vilayətinin Nuşki şəhərindən 67 km şimal-qərbdə olub. Tələfat və dağıntı barədə məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB